AQTA sədri Fransada səfərdədir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirakla bağlı Fransada işgüzar səfərdədir. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Bildirilib ki, səfər çərçivəsində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar, ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması və bu xüsusda yaradılan Agentliyin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. AQTA sədri bildirib ki, Agentlik ölkədə qida təhlükəsizliyinə nəzarət, insanların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. 

Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subaini Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid sistemin formalaşdırılması və əldə olunmuş nəticələri müsbət qiymətləndirərək bunun digər ölkələr, həmçinin Qətər Dövləti üçün də nümunə olacağını diqqətə çatdırıb. Bu sahədə iki ölkə arasında gələcəkdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. 

Görüş zamanı baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, ixrac potensiallı məhsullar üzrə əməkdaşlığın həyata keçirilməsi, yaxın gələcəkdə elektron sertifikatların mübadiləsi ilə bağlı məsələlər müzakirə mövzusu olub. 

Eyni zamanda, görüş çərçivəsində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq uzrə müqavilə hüquqi bazanın yaradilması üçün müvafiq istiqamətlər üzrə müqavilə layihələrinin hazırlanaraq imzalanması üzrə işlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Fransaya 20-22 may tarixlərini əhatə edən işgüzar səfəri çərçivəsində bir sıra digər mühüm görüşləri də baş tutacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

End of content

No more pages to load

RADİO