Təbrizin bir neçə bölgəsində çörək mağazaları qarşısında uzun növbələr yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə güneyli sosial media fəalları məlumat və fotolar yayıblar.
Qeyd edilib ki, un çatışmazlığı səbəbindən çox sayda çörək sexi fəaliyyətini azaldıb. Bəzilərinin fəaliyyəti isə tamamilə dayandırılıb.
İnsanlarla çörək sexlərinin sahibləri arasında yaranan mübahisələrə, əhalinin narazılıqlarına baxmayaraq, əlaqədar dövlət qurumları problemlə bağlı açıqlama verməyib.
Qeyd edək ki, bundan öncə 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb.
Bizim.Media