Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yayıb.
Qeyd edək ki, hazırda iki ölkə arasında gərginlik hökm sürür. Belə ki, Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Buna səbəb aprelin 25-də İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub.
Bizim.Media