AŞPA RƏSMİSİ: “Prezident İlham Əliyev çox düzgün mövqe tutub”

Özət:
  • BMT indi ələbaxım bir quruma çevrilib
  • Azərbaycan öz ərazisini xarici təcavüzdən qorumaq üçün bütün mübarizəsini BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun qurub
  • Mülki əhalinin və mülki obyektlərin atəşə tutulması beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır və bu, hərbi cinayət kimi qiymətləndirilməlidir
  • Azərbaycanla sülh və mehriban qonşuluq münasibətləri Ermənistanın həqiqi milli maraqlarına tam uyğundur

AŞPA-nın vitse - prezidenti, Ukrayna Ali Radasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksandr Aleksandroviç Mereşko Ermənistanın son təxribatları, Qarabağda davam edən müharibə ilə bağlı Bizim.Media-ya müsahibə verib. Müsahibəni diqqətinizə təqdim edirik:

- Azərbaycan Ordusu ölkəmizin qanuni torpaqlarında Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün döyüşlərə atılıb. Ukraynada bu döyüşlər haqqında hansı fikirdədirlər?

- Ukrayna Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və dəstəkləməyə davam edir. Necə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ümumiyyətlə, həm Qarabağın, həm də Krımın işğalı vəziyyətində beynəlxalq hüquq baxımından ortaq cəhətlər çoxdur. Deyə bilərik ki, işğal olunmuş ərazilərin tamamilə azad edilməsinin tərəfdarı olaraq Ukrayna və Azərbaycan beynəlxalq hüquq qaydasının bərpasına can atır. Əlavə etmək lazımdır ki, Azərbaycan öz ərazisini xarici təcavüzdən qorumaq üçün bütün mübarizəsini BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun qurub.

- Ermənistan xəttindən 60 kilometr uzaqlıqda olan Gəncə şəhərinin dinc əhalisinə qarşı iki dəfə terror əməliyyatları həyata keçirdi. Sizin Ermənistanın bu addımlarına münasibətiniz necədir?

- Mülki əhalinin və mülki obyektlərin atəşə tutulması beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır və bu, hərbi cinayət kimi qiymətləndirilməlidir. Belə bir cinayəti heç bir şəkildə əsaslandırmaq olmaz. Biz ukraynalılar işğalçının və təcavüzkar dövlətin cinayət taktikasını yaxşı bilirik, cinayətlərini ört-basır eləmək üçün hansı təxribatlar etdiklərini də görmüşük. Ona görə də belə müharibə cinayətləri qarşısında susmaq olmaz, bütün dünya ictimaiyyətinin həmrəyliyi lazımdır.

- Ukraynadan müharibə ilə bağlı rəsmi münasibət bildirilib. Amma təcavüzkarı dayandırmaq üçün bunlar yetərli olmur. Sizcə, ölkələr beynəlxalq səviyyədə hansı addımları atmalıdır ki, təcavüzkar əməllərinə son qoysun?

- Beynəlxalq sülhün, təhlükəsizliyin qorunması və təcavüz aktlarına qarşı mübarizənin xüsusi məsuliyyəti BMT Təhlükəsizlik Şurasına aiddir. BMT isə indi ələbaxım bir quruma çevrilib. Təhlükəsizlik Şurasında veto hüququna malik daimi üzvlər münaqişlərdə öz müttəfiqlərini dəstəkləməyə meyllidirlər. Məncə, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Bu orqanı ölü qurumadan diriyə çevirib beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün səmərəli etməyə ehtiyac var.

- Aleksandr Aleksandroviç, siz həm də AŞPA-nın vitse-prezidentlərindən birisiniz, bu beynəlxalq təsisatda son hadisələrlə bağlı nə etmək haqda düşünürsüz?

- Bu yaxınlarda AŞPA Daimi Şurasının iclasında videokonfrans rejimində Qarabağ problemi müzakirə olunurdu. Müzakirədə iştirak edənlərin əksəriyyəti Qarabağ problemini sülh yolu ilə həll etməyə çağırırdılar. Mən də bu iclasda çıxış etdim və fikrimi bildirdim ki, bu bölgədə sülhə beynəlxalq hüquqa riayət etmədən, xüsusən BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirmədən nail olmaq mümkün deyil.

- Bildiyiniz kimi, dünyada güclü erməni diasporu, lobbiçiliyi var. Onlar müxtəlif təxribat xarakterli işlərlə məşğul olurlar və ayrı-ayrı yerlərdən digər ölkələrin erməni vətəndaşlarını bu müharibədə vuruşmağa sövq etdirirlər. Beynəlxalq hüquqla bu necə tənzimlənməlidir, kim bunu müzakirəyə çıxarıb qərar qəbul etməlidir?

- Azərbaycan və Ermənistan arasındakı münasibətlər gec-tez beynəlxalq hüquqa riayət olunmaqla normallaşacaq. Bu, ilk növbədə, Azərbaycan ərazisinin tam deokkupasiyasını nəzərdə tutur. Ümumiyyətlə, Azərbaycanla sülh və mehriban qonşuluq münasibətləri Ermənistanın həqiqi milli maraqlarına tam uyğundur.  Ancaq bütün bunlar gələcəyin işidir. Mən hazırda Azərbaycandakı bütün prosesləri yaxından izləyirəm. Prezident İlham Əliyev çox düzgün mövqe tutub. O, Azərbaycanın rəsmi mövqeyini kifayət qədər dəqiq təqdim edən və dünya ictimaiyyətinə nə baş verdiyini izah edən dəqiq məzmunlu müsahibələr verir.
Aydındır ki, Qarabağdakı müharibə informasiya müharibəsi ilə müşayiət olunur. Və bu müharibədə Azərbaycan üçün ən yaxşı silah həqiqətdir.

- Bu müharibənin sonunu necə görürsünüz, Azərbaycan dövlətinə və xalqına hansı mesajları vermək istərdiniz?

-Bütün müharibələr bir gün bitir. Belə vaxtda isə cəsarətli Azərbaycan xalqına şərəflə və itkisiz olaraq indiki sınaqlardan keçməsini və öz ərazisini xarici işğaldan azad etməsini arzulayıram. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub, var və həmişə də belə olacaq.

Vəli Əkbər, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anasının bu sözlərinə görə səhnəyə qayıdıb - VİDEO

Anasının bu sözlərinə görə səhnəyə qayıdıb - VİDEO

"Karvan-Yevlax"ın itiriləsi heç nəyi yoxdur"- Andrey Demçenko

"Karvan-Yevlax"ın itiriləsi heç nəyi yoxdur"- Andrey Demçenko

Sürətli arıqlama üçün ideal səhər yeməyi - Tox qalıb çəki verəcəksiniz

Sürətli arıqlama üçün ideal səhər yeməyi - Tox qalıb çəki verəcəksiniz

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq TƏKLİF

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq TƏKLİF

Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

Borclu şəxs qismində axtarışda olan 100 nəfər SAXLANILDI

Borclu şəxs qismində axtarışda olan 100 nəfər SAXLANILDI

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

Ukrayna ordusu “İskəndər-M” üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirdi - VİDEO

Ukrayna ordusu “İskəndər-M” üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirdi - VİDEO

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU

Mağaza və evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Mağaza və evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Zelenski Rusiya Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Rusiya Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyalar TƏTBİQ ETDİ

İş başında ölən FHN əməkdaşının valideynləri DANIŞDI - VİDEO

İş başında ölən FHN əməkdaşının valideynləri DANIŞDI - VİDEO

"İnter" və "Mançester Yunayted" 1 milyardlıq futbolçunu istəyirlər

"İnter" və "Mançester Yunayted" 1 milyardlıq futbolçunu istəyirlər

Fuad Nəcəfli istintaqa CƏLB OLUNDU

Fuad Nəcəfli istintaqa CƏLB OLUNDU

Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO

Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO

Azərbaycanda təbiət hadisəsi BAŞ VERDİ

Azərbaycanda təbiət hadisəsi BAŞ VERDİ

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı - FOTO

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı - FOTO

Bakıda işlədiyi “moyka”dan maşın qaçıran şəxs SAXLANILDI

Bakıda işlədiyi “moyka”dan maşın qaçıran şəxs SAXLANILDI

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı - FOTO

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı - FOTO

Yankoviç “Qarabağ”dan ayrıla bilər

Yankoviç “Qarabağ”dan ayrıla bilər

End of content

No more pages to load

RADİO