Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? - AÇIQLAMA

Ötən günlərdə bir sıra kütləvi informasiya vasitələrində ölkədə müəyyən xəstəliklər üzrə dərmanların ödənişsiz verilməli olduğu halda, vətəndaşlara pulla satılması ilə bağlı məlumatlar dərc edilib.

Söhbət Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilməli olduğu halda, pulla satılması iddialarından gedir.

Bu məsələ ilə bağlı, xüsusilə də regionlarda yaşayan vətəndaşların əziyyət çəkdiyi iddia edilir.

Qanunvericilik bu dərmanların vətəndaşlara ödənişsiz verilməli olduğunu deyir. Bəs reallıqda vəziyyət necədir?

Ümumiyyətlə, bu dərmanların təminatını kim həyata keçirir? Bu dərmanlar tibb müəssisələrinə hansı bölgü əsasında paylanılır? Sözügedən xəstəliklərdən əziyyət çəkən şəxslərin qeydiyyatı nəzərə alınır, yoxsa necə?

Mövzuya aydınlıq gətirmək və irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün aidiyyəti qurumlara sorğu ünvanladıq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət proqramları və tədbirlər çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən, dərman və tibbi zərflərin satınalınmasını həyata keçirir:

“Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi zərfləri əldə edirlər”.

Mövzu ilə əlaqədar TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində həyata keçirilir:

“Bu dövlət və tədbirlər proqramları (hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm) çərçivəsində xəstələrə ambulator qaydada verilən dərman və tibbi zərflərin satınalması TƏBİB-dən daxil olan siyahıya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.  

Qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar bu dərman vasitələri və tibbi ləvazimatlarla müayinələr əsasında yalnız həkim təyinatına uyğun müvafiq dövlət tibb müəssisələrində təmin olunurlar. 

Bütün proqramlar üzrə illik sifarişlər hazırlanır və təqdim edilir.

Daha sonra həmin malların birillik gedişatı və anbar qalıqları nəzərə alınır, tender siyahıları hazırlanır, satınalma həyata keçirilir. Satınalma həyata keçirildikdən sonra proqramların həyata keçirildiyi müəssisələrə dərmanlar dövri tələbnaməyə əsasən göndərilir.

Bəzən podratçı şirkətlərə bağlı səbəblərdən isə gecikmələr müşahidə oluna bilir. Ümumilikdə, TƏBİB-in aidiyyəti struktur bölmələri tərəfindən nəzarət tədbirləri həyata keçirilir.
Hər hansı fakt təqdim edilərsə, müvafiq qaydada araşdırılıb, tədbir görülə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

End of content

No more pages to load

RADİO