Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan KİV-i yayıb.
Mənbə yazır ki, Paşinyan Moskvada mayın 9-da keçiriləcək Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, Paşinyandan əvvəl Moskvaya gəlməyə yalnız Qırğızıstan prezidenti Sadır Japarov razılıq verib.
Bizim.Media