Xəbər verdiyimiz kimi, Türkiyəli iş adamı və "TV8" kanalının rəhbəri Acun İlıcalının keçmiş bloqer arvadı Şeyma Subaşı misirli sevgilisi, iş adamı Mohammed Alsaloussi ilə ailə qurub.
Bizim.Media xəbər verir ki, aşiqlər ölkələrində nikaha girdikdən sonra Mərakeş Krallığında ailələri və yaxın dostlarını bir araya toplayaraq toy ediblər.
Məclisdən çəkilən fotolarını isə Subaşı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüub. Şeyma gecədə iki bir-birindən fərqli, əl işləməli gəlinlik geyinib.
Rəşad Əliyev, Bizim.Media