Əməkdar artist Elmira Ələkbərzadə (Emma) efirlərdən uzaqlaşan müğənni Samir Bağırovla bir araya gəlib.
Bizim.Media xəbər verir ki, tədbirlərin birində səhnə alan sənətçi həmkarı ilə görüşərək, onunla xatirə fotosu çəkdirib.
Emma həmin şəkli 31 il əvvəl Samirlə birgə lentə alınan arxiv fotosu ilə kollaj edərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ələkbərzadə sözügedən fotoya "31 ildən sonra eyni şəkil. Sevimli Samir" şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media