Xalq artisti Miri Yusif atası Mirheydər bəy ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi valideyni ilə çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşərək, onun doğum gününün olduğunu yazıb.
Miri Yusif atası ilə birgə çəkilən şəklinə "Atamın ad günüdür. Allah bütün valideynləri saxlasın. Qayğıları hər zaman üzərimizdə olsun" sözlərini əlavə edib.
Rəşad Əliyev, Bizim.Media