"Pensiyaçıların maaşını ödəmək üçün tezliklə Kiş və Qeşm adalarını və Xuzestan əyalətini satmalı olacağıq".
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu barədə İranın Əmək Nazirliyinin Sosial Sığorta Təşkilatının rəhbəri Səccad Padam danışıb.
O, ölkəsinin pulsuzluqdan ada satacağını bəyan edib:
"Yunanıstan da təqaüdçülərin pensiyalarını ödəmək üçün 100 ada satdı, biz də tezliklə bu vəziyyətə düşəcəyik. Sanksiyasız 3 milyon barel neft satıb bütün pulu alsaq da, yenə də pensiyaçıların üzləşdiyi böhranı həll edə bilməyəcəyik".
Bizim.Media