Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyaya səfər edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı Zelenski Skandinaviya ölkələrinin baş nazirləri ilə prezident Sauli Niiniste arasında keçiriləcək görüşdə iştirak edəcək.
Görüş günün ikinci yarısında Finlandiyanın Prezident sarayında baş tutacaq və Ukraynaya dəstək, digər aktual təhlükəsizlik məsələlərinə həsr olunacaq.
Bizim.Media