30 aprel 2022-ci ildə İstanbul konserti zamanı İmam Hatiplilerin ünvanına səsləndirdiyi təhqirlərə görə ittiham olunan türkiyəli pop ulduz Gülşən haqda məhkəmə qərar çıxarıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçiyə 10 ay həbs cəzası verilib.
Çıxarılan qərarla bağlı məhkəmə bildirib ki, müğənniyə verilən cəza müəyyən bir vaxt içərisində yerinə yetirilməyəcək.
Gülşən verilən şərtlərə əməl etdiyi təqdirdə, cəzası aradan qaldırılacaq.
Rəşad Əliyev, Bizim.Media