“Əfqanıstandakı humanitar böhran dünyanın ən böyük humanitar fəlakətidir”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Dohada Əfqanıstan üzrə xüsusi nümayəndələrin görüşündən sonra jurnalistlərə bildirib.
“Əfqanların 97%-i yoxsulluq içində yaşayır. Əhalinin üçdə ikisinin - 28 milyonunun sağ qalmaq üçün bu il humanitar yardıma ehtiyacı olacaq”, - deyə Quterreş qeyd edib.
O bildirib ki, 6 milyon əfqanıstanlı uşaq, qadın və kişi aclıqdan ölmək təhdidi ilə üz-üzədir:
“Bu məqsədlə 4,6 milyard dollar toplamalıyıq. Amma cəmi 294 milyon dollar əldə edə bilmişik. Bu, lazım olan ümumi məbləğin 6,4%-ni təşkil edir”.
Bizim.Media