Estoniya ilk dəfə olaraq 100 milyon avroya İsrailin dövlət şirkəti olan "Israel Aerospace Industries" (IAI) şirkətindən sursat alacaq.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat yayıb.
Nazir bildirib ki, yeni növ sursatın meydana çıxması Estoniyanın müdafiə qabiliyyətinin inkişafına kömək edəcək.
Onlar uzaq məsafədən qapalı atəş mövqelərindən düşmənə hücum etməyə imkan verəcəklər.
Bizim.Media