Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri - Ceyhun Bayramov və Ararat Mirzoyan sülh danışıqları üçün bir araya gəlib. Hər iki nazirin səfəri ABŞ-ın dövlət katibi Entoni Blinkenin dəvətilə reallaşdırılıb.
Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi deyib ki, ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiya mütləq münasibət bildirəcək.
Bizim.Media xəbər verir ki, o, rusların məyus olacağını və buna mənfi reaksiya verəcəyini vurğulayıb.
Rəsminin dediyinə görə, ən vacibi tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada görüşməsi deyil, məkandan asılı olmayaraq bir-biri ilə əlaqə qura bilməsidir.
“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, - deyə o, qeyd edib.
Bizim.Media