Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyasını dağıtan polislər yandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Görüntülərə əsasən naməlum şəxslər ərazidəki polislərə molotov kokteyli atıblar.
Ölkə KİV-i nümayişi son vaxtlar ölkədə keçirilən ən böyük nümayişlərdən biri adlandırıb. Bəzi etiraz liderləri bu günü yeni Fransız İnqilabının başlanğıcı adlandırırlar.
Xatırladaq ki, Fransada prezident Emmanuel Makronun təqaüd yaşının 64-ə qaldırılmasına dair pensiya islahatına etiraz edən minlərlə insan Paris və Fransanın digər şəhərlərində küçələrə çıxıb. Bütün ölkə boyu, o cümlədən Parisin əsas küçələrində nümayişlər keçirilir.
Bizim.Media