"Xoş xəbəri vermək istəyirəm ki, təhlükəli məqam geridə qaldı".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubovanın oğlu Cəfər Nəcəfov həyat yoldaşı Səadət Nəcəfovanın səhhəti ilə bağlı paylaşdığı postda yazıb.
Mələkxanımın oğlu bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkən xanımının sağlamlıq vəziyyəti yaxşılaşmağa doğru gedir:
"Gözlədiyimiz yaxşılaşma tempi yavaş-yavaş müşahidə olunur. Allahdan heç kimin sağlıqla sınanmamasını arzu edirəm".
Rəşad Əliyev, Bizim.Media