Xəbər verdiyimiz kimi, Xalq artisti 82 yaşlı Aftandil İrafilov vəfat edib.
Qarmon ustadının qardaşı qızı Nəzrin xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkar sabah dəfn olunacaq:
“Aftandil müəllim ilə vida və dəfn mərasimi sabah olacaq. Harada torpağa tapşırılacağı ilə bağlı müzakirə gedir”.
Qeyd edək ki, Nəzrin xanımın az əvvəl redaksiyamıza açıqlamasında əmisi A.İsrafilovun səhər saat 10:00 radələrində müalicə aldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalında vəfat etdiyini söyləyib.
Rəşad Əliyev, Bizim.Media