Fransa İrəvandakı səfirliyində hərbi nümayəndəlik yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan ölkənin xarici işlər naziri Ketrin Kolonna bildirib.
"Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək" – deyə o qeyd edib.
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna dünən Azərbaycanda səfərdə olub. Fransalı nazir Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bizim.Media