“Neftçi”nin qapıçısı İvan Brkiç yayda komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiyanın “vecernji.hr” saytı məlumat yayıb.
İddiaya görə, İvanın “Neftçi”də qalmaq ehtimalı yüksək qiymətləndirilsə də, onun Türkiyəyə köçmək variantı da istisna edilməyib.
Bildirilib ki, Nenad Byelkanın “Trabzonspor”un baş məşqçi postuna təyin olunması Brkiçin gələcək karyerasına da təsir göstərə bilər. Yəni xorvatiyalı mütəxəssis yayda həmyerlisini komandasında görmək istəyir.
Qeyd edək ki, İvan Brkiç ötən ilin yanvarından “Neftçi”nin formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media