Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovla görüşüb.
Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl Bakıda olan Hüseynlə bir araya gələn Yusif onunla çəkdiyi selfisini sosial şəbəkə hesabında paylaşıb.
Söz xiridarının övladı Həsənovla birgə çəkdirdiyi fotosuna “Gözəl insan”- deyə şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media