Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl mədə-bağırsağında problemlər yarandığı səbəbi ilə “Bona Dea Hospital"ına yerləşdirilən Xalq artisti Ramiz Məlikin səhhətində yenidən problemlər yaranıb.
Bu haqda sənətkarın özü Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib.
R.Məlikin sözlərinə görə, o, xəstəxanadan evə buraxılsa da, gözlənilmədən səhhəti ağırlaşıb:
"Səhhətimdə ağırlaşmalar var. Müalicələrimi davam etdirirəm. Diaqnozum barəsində heç bir açıqlama vermək istəmirəm. Hər şey yaxşı olacaq".
Rəşad Əliyev, Bizim.Media