"Togg" Avropa bazarlarında satışa ÇIXARILACAQ

Türkiyənin “Togg” avtomobili gələn ildən Avropa bazarına çıxarılacaq.

Bizim.Media “Milliyet”ə istinadən xəbər verir ki, elektromobilin 2024-cü ildən dünyanın müxtəlif ölkələrində, zamanla da Avropanın bütün dövlətlərində satışı planlanlaşdırılır.

Bildirilib ki, “Togg”un satışı avtomobilin istehsal həcminin artırılması ilə paralel şəkildə davam edəcək.

Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), BMC (19 %), "Root Group" (19 %), "Türkcell" (19 %), "Zorlu Holding" (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. İki ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb.

Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
Bu il martın əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dabaq xəstəliyinə görə bu məhsullara tələbat ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK

Dabaq xəstəliyinə görə bu məhsullara tələbat ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK

ABŞ-da şatdaun RƏSMƏN ləğv edildi

ABŞ-da şatdaun RƏSMƏN ləğv edildi

İnsanlar öz şüurlarını robotlara yükləyəcək? – Maskın GƏLƏCƏK PLANI

İnsanlar öz şüurlarını robotlara yükləyəcək? – Maskın GƏLƏCƏK PLANI

Narkologiya sahəsində kadr çatışmazlığı – Bu ixtisasa maraq niyə AZALIB?

Narkologiya sahəsində kadr çatışmazlığı – Bu ixtisasa maraq niyə AZALIB?

BİZİM TƏQVİM:13 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 noyabrda baş vermiş tarixi hadisələr

Tuncay Şanlı "Fənərbağça"ya QAYITDI

Tuncay Şanlı "Fənərbağça"ya QAYITDI

"Uşaqlara atası baxır"

"Uşaqlara atası baxır"

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Çempionlar Liqasında yeni REKORD

Çempionlar Liqasında yeni REKORD

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

Ukraynada xanım nazir İSTEFA VERDİ

Ukraynada xanım nazir İSTEFA VERDİ

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

“Sabah”da amerikalı basketbolçu

“Sabah”da amerikalı basketbolçu

End of content

No more pages to load

RADİO