“Bir aydır hər gün müsahibə verəndə məndən soruşurlar ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Peykdə var, gedin açın baxın, görün nə edir F-16-lar. Görün havadadır, ya yerdədir? Hər kəs bilir ki, yerdədir”.
Bizim.Media məlumat verir ki, xalqa müraciətində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev belə deyib.
F-16-ların təlimlər üçün gəldiyini deyən dövlət başçısı, qeyd edib ki, Türk qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar
“Bir də ki əgər bizə qarşı kənardan aqressiya olarsa o F-16-ları görəcəklər”- deyə Ali Baş Komandan əlavə edib.
Bizim.Media