Müasir QƏBİR DAŞLARI: Minlərlə manat xərcləməyə ehtiyac olmayacaq

Türkiyədə innovativ qəbir daşları hazırlanıb. Belə ki, Ankarada qəbir daşlarına əlavə edilən QR kodlar vasitəsilə vətəndaşlar, dünyasını dəyişən yaxınlarının və ya ev heyvanlarının xatirələrini virtual mühitə daşıya bilirlər.

Qəbir daşlarına yerləşdirilən bu QR kodlar vasitəsilə vətəndaşlar fotolar, videolar, səs yazıları və xatirə mətnləri yükləyərək sevdiklərini yaddaşlarda yaşada bilirlər.
 

MÖVZU İLƏ BAĞLI :

Məzar daşı DƏBDƏBƏSİ - Qanunla icazə verilən ölçülər hansılardır?


Maraqlı olduğu qədər ucuz başa gələn bu layihə təmtəraqlı qəbir daşlarına son vermək üçün unikal bir yanaşmadır.

Ölkəmizdə də bu təcrübə tətbiq oluna bilərmi?

Məsələyə münasibət bildirən Millət vəkili Fazil Mustafa Bizim.Media ilə söhbətində deyib ki, bu sahədə bizdə vəziyyət acınacaqlıdır:

“Ona görə də biz bəlli bir standartları cəmiyyətə təşviq etməliyik. Daha sadə,  daha ucuz qəbir daşlarının olması hamının xeyrinədir. Şöhrətpərəstlik azarından cəmiyyəti qurtarmalıyıq. Qəbir daşına 5-10 və hətta 50 min manat pul yatırmaq anormal bir yanaşmadır. Axı, mənasız yerə bu qədər vəsaitin xərclənməsinin nə anlamı var?! Ona görə də bu məsələ bizdə də aktualdır. Bu məsələ üzərində düşünməliyik”.

Müsahibimiz qeyd edib ki, ehsanda israfçılıq məsələsinə cəmiyyətin yanaşması artıq dəyişir:

“Artıq bir sıra bölgələrdə ehsan israfçılığına son verilib. Növbəti addımsa bahalı qəbir daşlarından imtina olmalıdır. Təmtəraqlı qəbir daşlarının nə ölüyə, nə də ki, diriyə xeyri var. Ona görə də yersiz israfçılıqdan qaçılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu avtobuslarda gedişhaqqı artırıldı

Bu avtobuslarda gedişhaqqı artırıldı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

İlham Əliyevdən Malavi Prezidentinə MƏKTUB

İlham Əliyevdən Malavi Prezidentinə MƏKTUB

Cəmilə Qurbanova vəzifəsindən azad edildi

Cəmilə Qurbanova vəzifəsindən azad edildi

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Şərurda FACİƏ: Hərbçi xanımı və övladı ilə birgə həlak oldu – FOTO

Şərurda FACİƏ: Hərbçi xanımı və övladı ilə birgə həlak oldu – FOTO

“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

Bu şəxslər 60 yaşında pensiyaya çıxacaq – SİYAHI

Bu şəxslər 60 yaşında pensiyaya çıxacaq – SİYAHI

Sabah Kiyevdə matəm olacaq

Sabah Kiyevdə matəm olacaq

İsmayıllıda mikroavtobus qəzaya uğradı - Yaralılar var

İsmayıllıda mikroavtobus qəzaya uğradı - Yaralılar var

Kiyevdə ölənlərin sayı 11-ə çatdı - 60-dan çox yaralı var – VİDEO

Kiyevdə ölənlərin sayı 11-ə çatdı - 60-dan çox yaralı var – VİDEO

İki BÜRC rahat nəfəs ala bilər: Yayın sonuna qədər bütün borclarını və kreditlərini ödəyəcəklər

İki BÜRC rahat nəfəs ala bilər: Yayın sonuna qədər bütün borclarını və kreditlərini ödəyəcəklər

Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış - FOTO

Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış - FOTO

FHN əməliyyat görüntüləri yaydı: 583 yanğına çıxış, 7 qəza, 2 partlayış... – ANBAAN VİDEO

FHN əməliyyat görüntüləri yaydı: 583 yanğına çıxış, 7 qəza, 2 partlayış... – ANBAAN VİDEO

Krım tamamilə enerjisiz qaldı

Krım tamamilə enerjisiz qaldı

Kaliforniyada ABŞ bayrağını daşıyan paraşütçü pivə çadırının üzərinə yıxıldı – VİDEO

Kaliforniyada ABŞ bayrağını daşıyan paraşütçü pivə çadırının üzərinə yıxıldı – VİDEO

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Bu kəndə köçənlərə pul ödəniləcək

Bu kəndə köçənlərə pul ödəniləcək

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

End of content

No more pages to load

RADİO