Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş Katibi Bağdat Amrayev Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı paylaşıb.
Bizim.Media-nın məlumatına görə, B.Amrayev 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin bir gecədə Xocalıda yaşlı, uşaq, qadın daxil olmaqla günahsız insanların qətlə yetirdiyini xatırladıb:
“Qətl edilənlərlə yanaşı minlərlə insan yaralanaraq girov götürülüb və Xocalı şəhəri tamamilə dağıdılıb”.
O bildirib ki, Azərbaycanın işğal altında olan torpaqları uğrunda qanuni mübarizəsi qələbə ilə başa çatdı:
“Dünyanın şahidi olduğu kimi, ədalət təmin edildi və qardaş Azərbaycan haqlı mübarizəsində qələbə qazandı. Bu qələbə bütün Türk Dünyası üçün qürur və xoşbəxtlik mənbəyi oldu”.
Bizim.Media