Bu mövsüm artıq Avrokuboklara vəsiqəni təmin edən “Sabah” klubu növbəti mövsüm üçün planlar qurur.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi ilk olaraq heyətdəki futbolçuların saxlanılmasında israrlıdır. Ancaq bəzi oyunçuların yola salınması da gözlənilir. Onlardan da biri Abdulaye Badır.
Portuqaliyalı müdafiəçinin ardıcıl bir neçə oyunda etdiyi kritik səhvlər baş məşqçi Murad Musayevin onu start heyətindən kənarlaşdırması ilə nəticələndi.
Məhz bu səbəbdən də məşqçilərin etimadını itirən legionertin mövsümün sonunda yola salınacağı gözlənilir. Qeyd edək ki, vaxtilə “Portu”, “Deportivo”, “Rayo Valyekano”, “Fənərbağça” kimi klublarda oynamış Abdulaye Ba ötən yay “Arouka”dan “Sabah”a keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media