Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasında (EUFOR “Althea”) hərbçilərin sayı artırılacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın Nazirlər Şurasının sülhməramlı missiyaya 160 hərbçinin göndərilməsi barədə qərar qəbul etdiyi bildirilib.
Məlumata görə, hərbçilərin 10-nu bölgəyə kəşfiyyat məlumatı toplamaq üçün iyunda, 150-si isə oktyabrda göndəriləcək.
Ukraynadakı müharibədən sonra EUFOR “Althea”nın əhəmiyyətinin daha da artdığı, 150 hərbçinin bir il, 10-nun isə iki illik müddətə bölgədə xidmət aparacağı qeyd olunub.
Bizim.Media