"Neftçi"nin futbolçusu Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin heyətində zədələnən yarımmüdafiəçi artıq sıraya qoşulub.
Bərpa dövrü keçən Ataa Caber isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, "Neftçi" aprelin 8-də "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.
Bizim.Media