“Neftçi” klubunun növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub.
Bizim.Media xəbər verir ki, söhbət Albaniyanın “Tirana” klubunun forvardı Florenta Hasanidən gedir.
Bakılılar əslən Kosovodan olan futbolçunun meneceri ilə artıq ilkin danışıqlar aparıblar.
Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın da Hasani ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.
Hətta klubun albaniyalı üzvü Redon Cica sosial şəbəkə vasiləsi ilə keçmiş komanda yoldaşını “Qarabağ”a keçməyə səsləyib.
Bizim.Media