Qadın futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Bildirilib ki, turnir İsveçrədə keçiriləcək.
Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Avropa çempionatında 16 komanda iştirak edəcək.
Bizim.Media