Paşinyanın müsahibəsi - sudan quru çıxmaq cəhdi və Qərbə mesajlar

Ermənistan baş naziri Nikol Paşinyan 23 fevral tarixində 1in.am kanalına müsahibə verib. Baş nazir müsahibəsi zamanı daha əvvəl ona yönəldilən bəzi ittihamlara cavab verib.

Müsahibənin mətni ilə tanış olduğumuzda isə Paşinyanın müsahibəsinin öz rəqiblərinin ittihamlarına cavab xarakterli olmaqdan daha çox mesaj xarakteri ilə seçildiyinin şahidi oluruq.

 

MÖVZU İLƏ BAĞLI:

“Biz “İsgəndər” raketlərini atdıq, niyə partlamadı?” – Paşinyandan Sarksiyana SUAL


Paşinyanın müsahibəsində diqqəti cəlb edən ilk məqam müsahibənin yayımlandığı 1im.am kanalının media sahəsində qərbyönümlü fəaliyyətlə tanınmasıdır. Rusiya meylli xəbər kanalları keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın müsahibələrini günlərlə tirajladıqları halda, Paşinyanın müsahibəsinə çox cüzi yer ayırıblar.

Bu baxımdan Paşinyanın qərbyönümlü media orqanında müsahibə verməsi daxili auditoriyadan daha çox xarici, xüsusilə də Qərb ictimaiyyəti üçün hesablanmış bir addım kimi qiymətləndirilə bilər.

 

Paşinyanın müsahibəsinin əsasında Ermənistandakı 2018-ci ilə qədər mövcud olan korrupsiya sistemi durur. Baş nazir Ermənistanda bu illər ərzində yalnız bir sahənin - korrupsiyanın normal çalışdığını ironiya ilə qeyd edir.


Xüsusilə xaricdən silah alınması istiqamətində ciddi korrupsiya faktlarının olduğunu xatırladan Paşinyan, özünü bunun qarşısını alan bir şəxs kimi təqdim edir. Bu bir baxıma Qərb ictimaiyyəti üçün “əgər mən olmasam, Ermənistan yenidən əvvəlki günlərə qayıdacaq” mesajıdır.

Paşinyan silah alınması adı altında xarici yardımların mənimsənildiyinə də diqqət çəkir. Ermənistana xarici diaspora və dövlətlər tərəfindən ayrılan vəsaitin oğurlandığını, onun komandasının isə nə şəxsi, nə də ortaq pullarının olmadığını vurğulayır.

Beləliklə, baş nazir daha əvvəlki korrupsioner rejimlə müqayisədə özünün daha şəffaf siyasi fəaliyyətə malik olduğu obrazını yaradır. Bu obraz da təbii olaraq Qərb ictimaiyyəti üçün nəzərdə tutulub. Çünki Ermənistanın əsas maliyyə dəstəkçisi xaricdəki diaspora fondlarıdır.

 

Bu fondlar 2018-ci ilə qədər Ermənistan hökümətindəki korrupsiya məsələsinə görə yardımların həcmini ciddi şəkildə azaldıb. İndi isə Paşinyan dolayısı ilə maliyyə şəffaflığı sahəsindəki fəaliyyətini təqdim etməklə, həm də onların güvənini qazanmağı hədəfləyir.


Paşinyanın öz müsahibəsində toxunduğu digər məsələ isə ölkə daxili siyasi vəziyyətlə bağlıdır. Baş nazir erkən seçkilər keçirmək barədə hər hansı fikrinin olmadığını qeyd edir, çünki bunun üçün nə müxalifətdən, nə də xalqdan ciddi bir istək yoxdur. Mitinqlərdə iştirak edən qüvvələr isə sadəcə Ermənistanda daxili vəziyyəti qarışdırmağa cəhd göstərənlərdir. 

Paşinyan siyasi gərginliyin fonunda bəzi maraq qruplarının məqsədli şəkildə ölkə daxili vəziyyəti qarışdırmaq istədiyini qeyd edir. Bu amil digər tərəfdən regionda iqtisadi imkanların bərpasında maraqlı olduğunu qeyd edən Paşinyan özünü regional təhlükəsizlik üçün önəmini də vurğulamağa çalışmasına imkan yaradır.

 

Paşinyanın müsahibəsindən aydın olur ki, xüsusilə xaricdəki qüvvələrə regiondakı razılaşmalara əməl olunmasının, iqtisadi münasibətlərin genişlənməsi və Ermənistanın inkişafının təminatçısı kimi göstərməyə çalışır.


Paşinyanın səsləndirdiyi fikirlər Ermənistanın son 30 ildə gəldiyi nöqtəni bir daha aydın şəkildə gözlər önünə sərir. Korrupsiyalaşmış sistem, çökmüş ordu strukturu, əsgərlərinin alt paltaralarını belə təmin etməyi bacarmayan bir dövlət.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

End of content

No more pages to load

RADİO