“Biz “İsgəndər” raketlərini atdıq, niyə partlamadı?” – Paşinyandan Sarksiyana SUAL

Bizim.Media məlumat verir ki, uzun fasilədən sonra Ermənistanın baş naziri Nikol Paşinyan qərbyönümlü 1in.am saytına müsahibə verib. Müsahibəsində Paşinyan bir neçə diqqətəlayiq məqama toxunub.

Paşinyan xüsusilə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana 16 fevralda Armnews kanalına verdiyi müsahibəsinə toxunub.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan müxalifətinin son “barıtı” – Paşinyana siyasi terror hazırlanır


Paşinyan Sərkisyanın öz müsahibəsində döyüş əməliyyatları zamanı vaxtında istifadə olunmayan “İskəndər” ilə bağlı ittihamlarının ona yönəldiyini istisna etməyib. Baş nazirin fikrincə, Sarkisyan "suallarının cavabını özü hamıdan yaxşı bilir".

Paşinyan "Qoy cavab versinlər, İskəndər raketi niyə partlamadı? Ya da niyə sadəcə 10%-i niyə partladı?", qarşı tərəfə sual ünvanlayıb. Baş nazirin fikrincə, “İsgəndər” rakteləri Sovet vaxtında istehsal olunan silahlar idi və partlamaması normaldır. Bu şərtlər altında müharibədə onlardan istifadə olunmaması ittihamı sadəcə gülüncdür.

David Tonoyanın müdafiə naziri vəzifəsinə təyin olunması ilə bağlı sualı cavablandıran Paşinyan qərarını ordu daxilində kəskin dəyişikliklərə qarşı istəksizliyin olması ilə izah edib.

Baş nazir aparılan islahatları, xüsusən də qida sisteminin təkmilləşdirilməsini və əsgərlərin alt paltarı ilə təchiz olunması kimi ibtidai məsələlərdə belə ciddi problemlər yaşandığını xatırladıb.

 

Paşinyan, Serj Sarkisyanın əvvəlki hökumət tərəfindən hazırlanan yenidən silahlanma planını dəyişdirmək ittihamlarını da rədd edib. Onun sözlərinə görə, bu doğru deyil və plana heç bir dəyişiklik olmayıb.


O, 2018-ci ildən etibarən ordudakı korrupsiya faktı ilə əlaqədar açılan təxminən min cinayət işinin məhz silah satınalmaları məsələsində baş verdiyini xatırladıb.

"Biz hər kəsi həbs edə bilməzdik, əks təqdirdə milyardlar itiriləcəkdi. Silah alınmalarına davam etməyə qərar verdik. İkincisi, əgər silah tədarükü edirsinizsə, uyğun və ya daha yaxşı bir alternativ olmadan mövcud kanala bağlana bilməzsiniz.

Deyək ki, silah əldə etməliyik, amma kim bizə silah satacaq? Yüksək keyfiyyətli silahlara ehtiyacımız var. Bu vacib bir məsələdir, çünki bu texnologiyanı əldə etmək üçün müttəfiqlər tərəfindən birmənalı qarşılanmayan müəyyən siyasi və diplomatik addımlar atmaq lazımdır", deyə Paşinyan qeyd edib.

Daxili siyasi vəziyyətə toxunan Paşinyan, inqilaba qədər Ermənistanın yalnız bir sahənin – korrupsiyanın normal işlədiyini qeyd edib. "Ancaq biz onu da məhv etməyi bacardıq.

Lakin pul məsələsi o vaxt da əhəmiyyətli bir faktor idi və indi də elə qalır. Komandamızın özəlliyi isə bizim nə şəxsi, nə də ortaq pulumuzun olmamasıdır", deyə baş nazir əlavə edib.

 

Ermənistanda erkən seçkilərin keçirilməsinə gəlincə, Paşinyan müxalifətin ilk növbədə erkən seçki istəmədiyi tezisini bir daha dilə gətirib. Məhz buna görə də, hakimiyyət məsələni iyun ayına qədər təxirə salmaq qərarı alıb.


"Bəzi qüvvələr parlament seçkilərini daxili sabitliyi təhdid edə biləcəyi və xarici çağırışları daha da artıra biləcək radikal fəaliyyət platforması kimi istifadə etmək niyyətindədir.

Buna görə müxalifətin istəklərini nəzərə almadan öz yol xəritəmizə qayıtmaq qərarına gəldik" deyə Paşinyan bildirib.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

End of content

No more pages to load

RADİO