İranın Ermənistanla gizli danışıqları – iki cinah üzrə hərəkət 

II Qarabağ müharibəsinin gedişindən cənub qonşularımızın Ermənistana birbaşa yardımları, müharibədən sonrakı dövrdə də artan xəttlə davam edir.

Müharibədən əvvəlki dövrdə həm Ermənistan, həm də Azərbaycanla yaxın əlaqələrinin olduğunu qeyd edən İranın bölgə ilə bağlı diplomatik yanaşmasını dəyişdiyi müşahidə olunur.

İranın Ermənistanla yaxınlaşmasını ehtiva edən bu yaxınlaşma müəyyən mənada Azərbaycanın maraqları üçün də təhlükə ehtiva edir.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qərbi aldatmaq üçün İrana yardım edir


44 günlük müharibə və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin regionda artıq oturuşmuş hesab olunan balanslı vəziyyəti kökündən dəyişdiyi aydındır. İlk olaraq onu qeyd edək ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə regionda çox ciddi geosiyasi fiqura çevrilib.

Ölkənin Şimal sərhəddində yerləşən Azərbaycanın daha da güclənməsi isə İran üçün arzuolunmaz bir haldır. Əhalisinin böyük bir hissəsi azərbaycanlılardan ibarət olan və Azərbaycana qarşı isti münasibət bəsləyən İranı bəlkə də narahat edən əsas səbəb məhz budur. 

 

Digər tərəfdən qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı İranın regional müstəvidə təhlükəsizliyi təhdid edən əsas məsələdir. İran tarixi etibarilə Türkiyəni yaxın Şərq regionunda özünün ən ciddi rəqibi hesab edir.


Bu iki ölkə arasındakı münasibətlər təkcə siyasi yox, həm də dərin geosiyasi və mədəni köklərə malikdir. İran uzun müddətdir ki, Türkiyənin Suriyada və İraqda hərbi fəallığının qarşısını almaq üçün müxtəlif planlar icra edir.

Kürd separatçılarının siyasi olaraq dəstəklənməsindən, Şimali İraqdakı terroristlərə silah və nəqliyyat imkanı təmin etməyə qədər İranın danılmaz rolu ortadadır. 

Bu baxımdan əzəli rəqib olan Türkiyənin Qafqazda da söz sahibi olması İranı ciddi şəkidlə narahat edən bir digər məsələdir. Türkiyənin Qafqazda, xüsusilə də Azərbaycanla qarşılıqlı əlaqələrinin möhkəmlənməsi İranı da balanslı siyasi kursunu tərk etməyə məcbur edib. İranın bölgədəki maraqları Türkiyə-Azərbaycan maraqları ilə toqquşur.

Dolayısı ilə Türkiyə-Azərbaycan cütlüyünə qarşı duran kim varsa, təbii olaraq İranla yaxın münasibətlər üçün əlverişli mövqeyə yüksəlmiş olur. Hazırda Ermənistan məhz bu baxımdan İranın tələblərinə cavab verən tək tərəfdir.

İran da xüsusilə diplomatik və iqtisadi baxımdan Ermənistanla əlaqələri möhkəmləndirməyə çalışır. Hər iki ölkə arasında sıx iqtisadi əməkdaşlıq müqavilələri imzalanır, qarşılıqlı biznes fəaliyyətləri icra olunur. Lakin İranın Ermənistana yönəlik investisiya fəaliyyətləri Ermənistan Türkiyə və Azərbaycanla düşmən olduğu müddətcə səmərəlidir.

 

11 yanvar sülh razılaşmasından da irəli gələn şərtlər daxilində qarşılıqlı əlaqələrin genişlənməsi, dövlətlər arasında düşmənçiliyin aradan qalxması İranın anti-türk siyasəti üçün ciddi təhdiddir.


İran Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün destruktiv və türk düşməni Ermənistana ehtiyac duyur. Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olan Ermənistan isə İran üçün səmərəli tərəfdaş ola bilməz.

Çünki bu amil İranın bölgədəki təsir imkanlarını sərhədləyəcək və düşmənçiliyin aradan qalxması İranı da bölgədən çıxarılması demək olacaq. 

Bu baxımdan İran hər nə qədər iqtisadi yönümlü fəaliyyət aparsa da əl altından Ermənistandakı destruktiv qüvvələrə, xüsusilə də Türkiyə və Azərbaycanı düşmən kimi görən siyasi dairələrə dəstəyini ifadə edir. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

End of content

No more pages to load

RADİO