Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən 11 nəfərin prosesində insident yaşanıb. Belə ki, 3 dustaq qollarını ülgüclə doğrayıb.
Bizim.Media xəbər verir ki, daha sonra həmin şəxslər ülgücü boğazlarına dirəyərək dayanıblar.
Hakim zaldan çıxıb və konvoy əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar.
Bizim.Media