“Zəlzələ nəticəsində zərər çəkmiş 1 834 xəstəmiz reanimasiyadadır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca tvitterdə yazıb.
O bildirib ki, 9 881 nəfərin müalicəsi davam edir:
“Ankara, İstanbul, Adana, Qaziantep və Antalya xəstə sayının ən çox olduğu şəhərlərdir. Hər bir yaralımıza bir daha şəfa diləyirəm. Onların sağalması üçün əlimizdən gələni edirik”.
Xatırladaq ki, hadisə nəticəsində 49 mindən çox insan həlak olub.
Bizim.Media