COVİD testləri pozitiv çıxdı - Prezident onlayn GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.

Bizim.Media xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Bolqarıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab Prezident. Sizi Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız.

Əvvəlcə bu vacib tədbirdə iştirak etmək üçün səfərinizə görə Sizə təşəkkür edirəm. Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin, Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram - keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük. Bir daha xoş gəlmisiniz.

Bolqarıstan Prezidenti Rumen Radev dedi:

- Çox sağ olun cənab Prezident. Dəvətiniz və səmimi qonaqpərvərliyiniz üçün Sizə təşəkkür edirəm. Bizim münasibətləri dərinləşdirdiyiniz üçün bir daha Sizə təşəkkür edirəm. Çox şadam ki, bu, təkcə enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjiidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir.

Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır.

Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnflyasiya PROQNOZU – Qiymətlər bu qədər yüksələcək

İnflyasiya PROQNOZU – Qiymətlər bu qədər yüksələcək

Masallıda ağır qəza: 18 yaşlı gənc öldü

Masallıda ağır qəza: 18 yaşlı gənc öldü

Ağ ayılar niyə yox olur?

Ağ ayılar niyə yox olur?

Misirdə 4 min illik nadir relyef oğurlandı

Misirdə 4 min illik nadir relyef oğurlandı

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Quba-Xınalıq yolu qardan belə təmizlənir - VİDEO

Quba-Xınalıq yolu qardan belə təmizlənir - VİDEO

Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

Tramp Xark adasının ələ keçirilməsi planından niyə imtina edib?

Tramp Xark adasının ələ keçirilməsi planından niyə imtina edib?

Bu ərazidən 63 yaşlı kişi meyiti tapıldı

Bu ərazidən 63 yaşlı kişi meyiti tapıldı

Avropa çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Avropa çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Füzulidə ağır QƏZA: 2 ölü, 2 yaralı var

Füzulidə ağır QƏZA: 2 ölü, 2 yaralı var

Atasına kömək edərkən həyatını itirən Hikmətin FOTOSU

Atasına kömək edərkən həyatını itirən Hikmətin FOTOSU

Trampın şirkəti Tbilisidə ən hündür göydələn tikəcək

Trampın şirkəti Tbilisidə ən hündür göydələn tikəcək

“Sumqayıt” bu gün "Qəbələ"ni sınağa çəkəcək

“Sumqayıt” bu gün "Qəbələ"ni sınağa çəkəcək

Ceyhun Bayramov Taylanda getdi

Ceyhun Bayramov Taylanda getdi

Bolqarıstanda növbədənkənar parlament seçkiləri KEÇİRİLİR

Bolqarıstanda növbədənkənar parlament seçkiləri KEÇİRİLİR

Hücumlar nəticəsində İranda neçə nəfər həlak olub?

Hücumlar nəticəsində İranda neçə nəfər həlak olub?

Ukrayna bu gecə Rusiyanın bu bölgələrinə zərbə endirib - FOTO

Ukrayna bu gecə Rusiyanın bu bölgələrinə zərbə endirib - FOTO

DDoS hücumu edən 4 nəfər tutuldu, 25 nəfər axtarışa verildi

DDoS hücumu edən 4 nəfər tutuldu, 25 nəfər axtarışa verildi

“ABŞ-a hücum etmək niyyətində deyiləm”

“ABŞ-a hücum etmək niyyətində deyiləm”

Yer kürəsi ildən-ilə daha işıqlı olur

Yer kürəsi ildən-ilə daha işıqlı olur

Roma Papası: Trampla mübahisə etmək marağımda deyil

Roma Papası: Trampla mübahisə etmək marağımda deyil

Corcia Meloni Azərbaycana gələcək

Corcia Meloni Azərbaycana gələcək

"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO

"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO

End of content

No more pages to load

RADİO