"Neftçi"nin idman direktoru Zaur Əzizov klubun televiziyasına açıqlama verib.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın rəsmisi "Qarabağ"ın futbolçusu Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:
"Şeydayevlə bağlı çıxan xəbərlər şayiədir. Biz milli komanda üzvlərini heyətimizdə görmək istəyirik. "Neftçi"də ən yaxşı futbolçular olmalıdır. Hazırda Ramillə bağlı heç bir müzakirə yoxdur".
Rəşad Rafiqoğlu, Bizim.Media