Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu qar uçqunu təhlükəsi səbəbindən ağır yük maşınları üçün bağlanıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib .
Qeyd olunur ki, minik avtomobilləri üçün hərəkətə icazə verilir, yük maşınları üçün isə keçid bağlı qalır.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, yol buz bağladığına görə bağlanıb.
Məlumat üçün bildirək ki, sözügedən yol Ermənistanın Rusiya ilə quru yolu vasitəsilə birbaşa əlaqəsini təmin edən yeganə marşrutdur.
Bizim.Media