Gənc qaşqay idmançısı molla rejiminin dəhşətli cinayətinin qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, kütləvi etirazlarda fəal rol oynayan İranın Qəçsaran şəhər sakini Sadiq Fuladi Vanda hökumət qüvvələri tərəfindən qaçırılaraq vəhşicəsinə işgəncələrə məruz qalıb və sonra öldürülüb.
Sadiqin itkin düşdüyü barədə polis əməkdaşlarına məlumat verildikdən sonra onun cəsədi bir neçə gündən sonra parkda boynunda ip izləri əlamətləri ilə tapılıb.
Məhkəmə və polis orqanları bu cinayəti ört-basdır etməyə və işi bağlamağa çalışır.
Bizim.Media