Azərbaycan Ordusu işğalçıları iti qovan kimi qovur” - Ərdoğanın baş müşaviri

Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazımı dərs verir:

“Azərbaycan Ordusu ölkənin işğal olunmuş torpaqlarının hər qarışını geri ala bilir, öz problemini özü həll edir və işğalçıları iti qovan kimi qovur”.

O əlavə edib ki, Ermənistanın Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurması haqda iddialarının məqsədyönlü dezinformasiya olduğunun şahidi olduq.

“Bu dezinformasiya və qarayaxma kampaniyasının qaynağı bəllidir. Türkiyənin qardaş Azərbaycana dəstək verməsi üçün qardaş dövlətin ərazisində hərbi baza qurmasına və hər hansı xüsusi razılaşmaya ehtiyac yoxdur”.

Y.Topçu onu da əlavə edib ki, pandemiya olmasına baxmayaraq, bu il ərzində Azərbaycan və Türkiyə orduları 10-dan çox birgə hərbi təlim keçiriblər.

Türkiyə Prezidentinin baş müşaviri qeyd edib ki , Ermənistanın ASALA-PKK-YPG terror təşkilatlarından aldığı dəstəklə Azərbaycanın şəhərlərini raket atəşinə tutması bu ölkənin beynəlxalq hüququ heçə sayaraq insanlıq əleyhinə cinayət işlədiyini göstərir.

“Azərbaycan beynəlxalq hüquqa arxalanaraq müdafiə haqqına sahib olmaqla xalqını və ərazi bütövlüyünü qorumaq əzmini tam bir şəkildə ortaya qoyub. Şanlı Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində, BMT TŞ-nin qərarlarının tələbinə uyğun olaraq vətən torpaqlarının işğalına son qoymaq üçün mərd şəkildə mübarizə aparır”.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasında əsas hədəf Azərbaycanı eyni addıma təhrik etməkdir:

“İşğalçı Ermənistan bu müharibədə tək qalib gələ bilməyəcəyini çox yaxşı bilir, xidmət etdiyi qüvvələrə və erməni diasporuna fayda gətirmək üçün hər cür haqsızlıq, qanunsuzluq və terrora əl atır.

“Türkiyə və Azərbaycan ayrı beşiklərdə böyümüş bir ananın iki əkiz övladıdır. Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dediyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Eyni zamanda ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Bir millət, iki dövlətik"".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Anasının bu sözlərinə görə səhnəyə qayıdıb - VİDEO

Anasının bu sözlərinə görə səhnəyə qayıdıb - VİDEO

"Karvan-Yevlax"ın itiriləsi heç nəyi yoxdur"- Andrey Demçenko

"Karvan-Yevlax"ın itiriləsi heç nəyi yoxdur"- Andrey Demçenko

Sürətli arıqlama üçün ideal səhər yeməyi - Tox qalıb çəki verəcəksiniz

Sürətli arıqlama üçün ideal səhər yeməyi - Tox qalıb çəki verəcəksiniz

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq TƏKLİF

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq TƏKLİF

Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

Borclu şəxs qismində axtarışda olan 100 nəfər SAXLANILDI

Borclu şəxs qismində axtarışda olan 100 nəfər SAXLANILDI

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

Ukrayna ordusu “İskəndər-M” üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirdi - VİDEO

Ukrayna ordusu “İskəndər-M” üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirdi - VİDEO

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

End of content

No more pages to load

RADİO