"Gözümün önündə atamı qəbrə qoyurlar, siz isə mənə "ördək ağız" yazırsız" - VİDEO

"Atamı gözümün önündə qəbrə qoyurdular. Məsciddə onun üzünü açdım və şokdan gözümdən yaş da gəlmədi. Daxili orqanlarım belə ağrıyır. Kimin ürəyində nə kam,  nə arzu var idisə, mənə elə gəlir ki, yerinə yetdi. Təbrik edirəm sizi. Mən bir sıfır uduzdum. Heç bir sərvət, iş məni yıxa bilməzdi. Məni yıxan atamın dünyasını dəyişməsi oldu. Biz heç birimiz bunu gözləmirdik".

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə həftə əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun vizajist və stilist qızı Şəfəq sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Stilist aktyor qardaşı Cavidan Novruzovun bir neçə gün əvvəl efirə çıxmasından söz açıb. O bildirib ki, qardaşı sosial şəbəkədə paylaşdığı statusda efirlərə bir daha deyil, müvəqqəti olaraq çıxmayacağını yazıb:
"Cavidan yazdığı postda "Müvəqqəti olaraq bu aralar efirlərdə görünməyəcəm. Qoyun acımı özüm yaşayım" sözlərini demişdi. Lakin onun bu sözlərini "Efirlərdə məni bir daha görməyəcəksiniz" kimi qələmə verilib. Cavidanı bir neçə gün əvvəl kanalların birinə qonaq çağırıblar. Həmin verilişi isə həsr ediblər atasına. O da orada atası haqqında danışmalı idi. Bu toy, bayram verilişi deyil idi. Cavidan rol aldığı "Komedixana"dan uzaqlaşıb. "Səkkiz mart" və "Novruz" bayramı tədbirləri var idi. Onları da qardaşım rədd edib. Cavidanın bir üzü gülür, digəri ağlayır. Onun haqda sosial şəbəkələrdə artıq-əskik sözlər, şərhlər yazmayın. Çünki atam xəstə olanda, siz yox, mən, anam, qardaşlarım, ailəmiz yanında olub və dəstək olub. Onun ünvanına deyilən sözlər elə bir mənə deyilmiş olur. Bundan sonra mən bir gün içində böyümüş adamam. Bir gün içində böyüdüm və ana oldum. Bundan sonra mən Cavidana ana, Cavidan isə mənə atadır".

Vizajist qızı Ayanla özünü "bədbəxt qadın" adlandıran Şəfəq atası vəfat etdikdən sonra sosial şəbəkədə haqqında yazılan xoşaqəlməz şərhlərə sərt şəkildə cavab verib: 

"Qızım Ayanla işimi məcbur olaraq edib, aparırıq. Biz o qədər bədbəxt insanlarıq ki, Allah bizi bədbəxt yaradıb ki, biz öz acımızı normal insanlar kimi kənara çəkə bilmirik. Biz məcburuq işləməyə. Əvvəlcədən gəlinlərin bəzənilməsi işlərini yazmışıq, gəlinlər bizim onları bəzədilməsini istəyirlər, onları isə bəzəmək işimiz yarımçıq qalacaq. Çalışdığımız gözəllik salonumuzun aylıq kirayə haqqı 10 min manatdan yuxarıdır. Biz işləməsək heç kim o kirayə haqqını verməyəcək. Kaş ki, biz də çoxları kimi dövlət yerində işləyib, aylıq maaş alardıq. İş yerindən icazə alıb bir ay işə çıxmazdıq.

O qədər bədbəxt qadınlarıq ki, acımızı rahat yaşaya bilmirik. Gözümün önündə atamı kəfəndə qəbrə qoyurlar, mənə isə sosial şəbəkədə yazırlar ki, "Ördək dodaq", "Bu nə gündə imiş", "Allahın qələmini belə qaşına çəkməyib". İnşallah sizin də atanız gəbərəndə, zaman tapıb, qaşınıza qələm də çəkərsiz. Sizin damarlarınızda qan yox, sidik axır. Yazırlar ki, "Az bir gözündən yaş tökülsün də, atan ölüb". Mən bir ömür boyu ağlayacağam. İndi mənə çatır kı, bir daha atamı görməyəcəyəm. Bəzənmiş, makiyajlı, saçları sarı Şəfəqi bir il və ya səkkiz ay görə bilməyəcəksiniz".

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı ozəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtona: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtona: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

Tehran bombalandı - VİDEO

Tehran bombalandı - VİDEO

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

End of content

No more pages to load

RADİO