Ermənistanın baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ölkənin müdafiə naziri Suren Papikyanın istefaya getməsi ilə bağlı mətbuatda yayılan şayiələri təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Armenpress” agentliyi yayıb.
Bundan əvvəl “Hraparak” və “İravunk” qəzetləri öz mənbələrinə istinadən yazıblar ki, Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad ediləcək və hazırda onun yerinə başqa şəxs axtarılır.
“Hraparak” qeyd edib ki, Papikyanın varisi Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır. “İravunk”un fikrincə, Papikyan diplomatik xidmətə keçməyi planlaşdırır.
Bizim.Media