Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.
Bizim.Media xəbər verir ki, Çavuşoğlu bu barədə özünün “Twitter” hesabında məlumat verib.
BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak üçün Qətərə səfər edən Türkiyə XİN başçısı zəlzələdən sonra göstərdiyi dəstəyə görə təşkilata təşəkkür edib:
“Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”.
Bizim.Media