Ermənistanla sərhədyanı kəndlərdə su təchizatı yenidən qurulur – FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Tovuz rayonunun sərhədyanı bölgədə yerləşən 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülkülü kəndlərini əhatə edir. 

"Azərsu" ASC-dən Bizim.Media-ya bildirilib ki, indiyədək Ağdam və Vahidli kəndlərinin sakinləri içməli suya olan tələbatlarını əsasən uzaq məsafədən daşımaqla ödəyiblər. 

Digər kəndlərdə isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından, Tovuzçaydan və kəhriz sularından istifadə olunub. Layihənin əhatə etdiyi bəzi kəndlərdə sakinlər tərəfindən fərdi qaydada çəkilmiş su xətləri normal su təminatına imkan vermirdi. 

Təsdiqlənmiş layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mülkülü, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan veriləcək. Quyu sularının təmizlənməsi üçün xlorator qurğusu, nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihəyə əsasən, əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılacaq.
Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. İndiyədək 31 kilometr uzunluğunda magistral su kəmərlərinin 13 kilometrlik hissəsi inşa edilib. Eyni zamanda 150 kilometr şəbəkə su xətlərinin 111 kilomerlik hissəsi tikilib. Layihə çərçivəsində Tovuz rayonunun 7 kəndində əhalinin ümumi istifadəsi üçün 690 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. 

Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Layihənin icrası Tovuz rayonunun 7 kəndində 20 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Tovuz rayonun ilə yanaşı, hazırda Qazax, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

End of content

No more pages to load

RADİO