Erməni general Ağdərədəki mis-qızıl yataqlarını Azərbaycana təhvil verməyə çağırdı

Ötən gün Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin qərargahında rəsmi Bakının nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icması arasında görüş keçirilib.

Bu görüşdə Bakını Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Onun tərkibinə Əmlak Məsələləri Dövlət Komitəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri daxil idi.
Bakı və Xankəndidən eyni vaxtda daxil olan məlumatda deyilir ki, görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanın müvafiq strukturlarının nümayəndələri tərəfindən Ağdərədəki mis-qızıl yataqlarının ekoloji monitorinqi məsələləri də müzakirə olunub.

Həmin gün bir sıra erməni mənbələri Azərbaycan nümayəndə heyətinin üzvlərinin “Dəmirli” yatağına səfər etdikləri barədə məlumat yayıb.

Bizim.Media xatırladır ki, iki aydan artıqdır ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekoloji fəalların əsas tələblərindən biri Ağdərədəki “Dəmirli” və “Qızılbulaq” mis-qızıl yataqlarının ekoloji monitorinqi üçün hər cür şəraitin yaradılmasıdır.

Bununla bağlı qeyd edək ki, hələ 1997-ci ildə Azərbaycan hökuməti ilə Amerikanın Delaver ştatında qeydiyyatdan keçən, 51 faiz səhmlərinin Azərbaycan tərəfinə məxsus olan “R.V.Investment” arasında müştərək şirkət yaradılıb.

2000-ci illərin əvvəllərindən müştərək şirkətin rəhbərliyi Böyük Britaniyada qeydiyyatdan keçən “Anglo Asian Mining” mədən şirkətinə verilib. Onun sahibi amerikalı iş adamı Məhəmməd Rza Vəziridir və səhmlərin təxminən 30 faizinə sahibdir.

Sonradan məlum olub ki, işğal illərində ermənilər bu yataqları qanunsuz olaraq istismar ediblər. Konkret olaraq bunu Rusiya vətəndaşı Valeri Mejlumyanın rəhbərlik etdiyi “Vallex Group”a daxil olan “Base Metals” şirkəti edib.
Bildirilir ki, “Base Metals” yalnız 2019-cu ilə qədər əldə etdiyi gəlirdən Qarabağdakı separatçı rejimin büdcəsinə 39 milyon dollar vergi ödəyib.

Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra “Anglo Asian Mining” şirkəti ilə Kəlbəcər, Zəngilan və Ağdərə yataqlarının istismarına dair müqavilələr yenidən gündəmə gəlib.

Lakin Ağdərədəki “Dəmirli” və “Qızılbulaq” yataqları hazırda Rusiya sülhməramlı qüvvələrinin tabeliyində qaldığından şirkətin onlara çıxış əldə etmək və orada işə başlamaq imkanı yoxdur.

Ötən ilin dekabrında azərbaycanlı ekoloji fəalların Laçın yolunda aksiyasının qızğın vaxtında “Anglo Asian Mining” beynəlxalq təşkilatlara və xarici hökumətlərə, o cümlədən BMT, ABŞ Dövlət Departamenti, Böyük Britaniya Xarici İşlər Nazirliyi və Avropa İttifaqına “Dəmirli” və “Qızılbulaq” yataqlarına çıxışının təmin olunması üçün müraciət edib.

Nəticədə “Base Metals” və Qarabağdakı separatçı rejim mədən əməliyyatlarını müvəqqəti dayandırdığını elan edib.

Fevralın 28-də Azərbaycan nümayəndə heyətinin Qarabağ ermənilərinin nümayəndələri ilə görüşü ərəfəsində vaxtilə “DQR”in “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” vəzifələrində çalışmış general Samvel Babayan "(hazırda Babayan "Vahid Vətən" partiyasına rəhbərlik edir) Ermənistan televiziyasına müsahibəsində "Dəmirli" yatağının Azərbaycanın nəzarətinə keçməsinə etiraz etmədiyini bildirib.

O cümlədən, Babayan Xankəndi ilə Bakı arasında Azərbaycan tərəfinin təklif etdiyi şərtlərlə danışıqların aparılmasının tərəfdarı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı etimad mühiti yaranarsa, ermənilər bu yay Sərsəng su anbarından suyu Azərbaycanın nəzarətində olan ərazilərə ötürə biləcək, Azərbaycan da öz növbəsində Qarabağ ermənilərini elektrik enerjisi ilə təmin edəcək.

Babayan “Dəmirli” yatağının azərbaycanlılara məxsus olmasının və sərmayə qoymasının əleyhinəsinizmi?” sualına isə belə cavab verib:

“Heç kim buna qarşı ola bilməz. Konkret kimin sərmayə qoymasının mənim üçün nə fərqi var - azərbaycanlı, iranlı, yoxsa rus? Məhsul onsuz da onlara satılır. Burada heç bir problem yoxdur”.
Babayan qeyd edib ki, Azərbaycan bu yataqlara sərmayə qoysa, Qarabağ erməniləri də bundan faydalanacaq, çünki iş yerləri yaranacaq və satışdan yerli büdcəyə vəsait daxil olacaq.

“Söhbət zavodun yaradılmasından, son emaldan, məhsulların qəbulundan və satışından gedir”, - Babayan deyib. - İnsanlarımız işləyəcəklər, vergi ödəyəcəklər. Yeganə məsələ budur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

End of content

No more pages to load

RADİO