Rusiya Prezidenti Vladimir Putin Stavropola səfər etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat yayıb.
Səbəb olaraq Bryansk vilayətində yaranmış vəziyyət göstərilir.
Xatırladaq ki, Ukrayna hərbçiləri Bryansk vilayətinə hücum edib. Rusiya Federal Təhlükəsizlik Xidməti məlumatı təsdiqləyib.
Bizim.Media