2014-cü ildə Ukraynada baş verən hadisələr dövlət çevrilişidir.
Bizim.Media xəbər verir ki, bu fikirləri amerikalı milyarder İlon Mask Twitter hesabında yazıb.
O, həmin vaxt keçirilən seçkinin şübhəli olduğunu bildirib. Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak mövzu ilə bağlı Twitter-də İlon Maska cavab verib.
"Ukraynada heç vaxt çevriliş olmayıb, amma həmişə azad insanlar olub" deyən Podolyak Maskı "Rusiya qəzetlərini oxumaqda" günahlandırıb.
Bizim.Media