Türkiyədə baş verən dəhşətli zəlzələlər nəticəsində dağıntıların çox olduğu Qaziantəpin Nurdağı mahalının bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, zəlzələlərdə dağılan binalarla bağlı aparılan araşdırmalar sonrası həbs edilib.
O, ilk ifadəsində daha əvvəl podratçı olduğunu, lakin bələdiyyə sədri seçildikdən sonra şirkəti qardaşına verdiyini bildirib.
Bizim.Media