“Ukraynadakı müharibədə dolayısı ilə iştirak edən ölkə kimi Belarusa qarşı sanksiyalar genişləndirilməli və sərtləşdirilməlidir. Çünki o, Rusiya hərbi təyyarələrinin öz ərazisinə enməsinə və yanacaq doldurmasına şərait yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Sky News” telekanalına müsahibəsi zamanı bildirib.
Nazir qeyd edib ki, Minsk münaqişədə birbaşa iştirak etməsə də Rusiyanın müttəfiqidir və məsuliyyətin bir hissəsini daşıyır:
"Biz yubanmadan Belarusun hərəkətlərini necə məhdudlaşdırmaq barədə düşünməliyik. Onun iqtisadiyyatına, yeni sanksiyaların tətbiqinə təsir etmək üçün addımlar atmaq lazımdır".
Bizim.Media